Məşhur vokalist Şahin İsmayılov xalq artisti Brilliant Dadaşovanının ünvanına xoşagəlməz sözlər deyib.
Teleqraf.com xəbər verir ki, vokalist “ATV maqazin onlarla” verilişində xalq artistinin zümzümə ilə oxumasını qəbul etmədiyini deyib: “Brilliant xanım həmişə zümzümə ilə oxuyur. Zümzümə etmək sənəti yola verməkdir. Mən onun tərəfdarı deyiləm. Mətbəxdə xanımlar işləyə-işləyə zümzümə edə bilərlər. Müğənni səsini və sənətini göstərməlidir. Səs açıq və təmiz olmalıdır”.
Aylin