Millimizin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor"a transfer olunub. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, U.Budak yanvarda "Kayserispor"un əsas heyətindən kənarlaşırdılıb. Bundan sonra o, klubdan ayrılıb.
Xatırladaq ki, "Manisaspor"un bu qış heyətinə qatdığı futbolçular arasında millimizin sabiq üzvü Uğur Pamuk da var.