ATV kanalında şirkətin prezidenti Vüqar Qaradağlının əmri ilə yeni departament yaradılıb.
Axşam.az xəbər verir ki, "ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr " adlanan departament kanalın informasiya siyasətinə nəzarət edəcək.
V.Qaradağlının əmri ilə bu departamentə rəhbərlik kanalın “ATV Səhər” layihəsinin rəhbəri və aparıcısı Turan İbrahimova həvalə edilib.