Müğənni Emel Sayın dünən İstanbulun Nişantaşı səmtində mağazaları gəzərkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, səhnə üçün paltar seçdiyini deyən müğənni pərəstişkarları ilə xatirə fotosu da çəkdirib.
Müğənni Bülent Ersoyla aralarında yaranan "Diva və Sinsirella" mübahisəsi ilə bağlı verilən suallara E.Sayın sərt reaksiya verib.
"Bu məsələ artıq çox uzandı. Belə şeyləri mənasız hesab edirəm, bunların içərisinə daxil olmayacağam".
O, məsələnin Ersoy tərəfindən tez-tez gündəmə gətirildiyini iddia edib.
Qeyd edək ki, bir müddət öncə müğənnilər arasında "Diva" ləqəbinə görə mübahisə yaranmışdı.