3 Fevral 2017 11:49
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq seriallarda da rol almaq istəyirəm. Televiziyanın yaxşı aktrisalara ehtiyacı var”.

Teleqraf.com xəbər verir ki, bu iddialı sözləri Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə mətbuata açıqlamasında bildirib.

O, filmlərdə çəkilməyi hər zaman ön planda saxladığını, amma artıq seriallarda da rol almaq istədiyini qeyd edib: “Stressli bir işlə məşğulam. Zaman-zaman özümü yeniləməyə ehtiyacım var. Bunu hər aktrisaya məsləhət görürürəm. Aprel, iyun, oktyabr aylarında üç filmdə oynayacam. Mən universitetin kino bölümünü bitirdiyimə görə film təkliflərinə daha pozitiv yanaşıram. Amma artıq seriallar da rol almaq istəyirəm”.

Pərvin


Müəllif: