“Güllərin savaşı” serialı ilə ulduzu parlayan gənc türk aktyor Sercan Badurun başına iş gəlib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor ötən gecə istirahət məkanlarının birində dostları ilə əylənən zaman xoşagəlməz hadisə baş verib.
Badurun xanım dostunun halı pisləşib və o, çıxışda yerə yıxılıb. Əvvəlcə dostuna yardım etmək üçün yanına gedən Badur kameraları görüncə özündən çıxıb.
“Çəkməyin, siz nəyin dərdindəsiniz” deyə jurnalist və operatorlara səslənib. Ardınca da dostunu yerdə buraxaraq içəri keçib.
Pərvin