“O səs Türkiyə”nin ötən axşam yayımlanan buraxılışında maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, yarışmadan uzaqlaşan iştirakçı Qamze Dursuna nişanlısı tərəfindən evlənmə təklifi olunub.
Yarışmanın duet mərhələsində məğlub olan Qamze sevgilisi ilə şərti olduğunu bildirib: “O, mənə dedi ki, əgər mübarizəni dayandırsan, sənə evlilik təklif edəcəm”.
O, bu sözlərin ardınca sevgilisini səhnəyə dəvət edib.
Nişanlısı isə əvvəlcə “Səhv etdim, mənim çempionum sənsən” deyərək diz çöküb və evlənmə təklifi etdi.
Baş verənlərdən duyğulanan Hadisə cütlüyün bal ayının xərclərini öz üzərinə götürəcəyini deyib.
Pərvin