6 Mart 2017 12:26
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən super staram. Başqa super starlarımız – Röyamız, Aygünümüz, Faiqimiz var. Səmimi deyim ki, onlar mənim adımı çəkməzlər. Rusiyada, Türkiyədə tanınıram. Türk vətəndaşları mənə deyirlər “Maral” mahnısını siz ifa etmisiniz?”

Teleqraf.com xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində müğənni Nadir Qafarzadə deyib.

O, toyda özünü apara bilməyən həmkarlarını tənqid edib: “Müğənni var toyda ağzına gələni danışır, amma heç kim tutmur. Mədəni sürətdə insanları dolayır. Onu mən eləsəm, meyidimi sərərlər. Qısa və lakonik danışmaq lazımdır”.

Aylin


Müəllif:

Oxşar xəbərlər