25 Mart 2017 17:40
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə fransız jurnalist Roman Dauriakdan boşanan hollivud aktrisası Skarlet Yohansson şəxsi həyatına dair maraqlı açıqlamalar verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı aktrisa ayrılıqdan sonra tək qaldığını və bu durumdan məmnunluğunu dilə gətirib:

“Uzun illərdir ki, tək qalmırdım. Hər zaman yanında kimlərsə olurdu. Ona görə də axır vaxtlar tək qalmağın nə olduğunu öyrənə bildim. İlk dəfə özümü dinləyəcəm. Mən özəl bir insanam və mümkün qədər sadə həyat sürürəm”.

İngilis mətbuatı iddia edir ki, ikilinin ayrılmasına səbəb fransız jurnalistin hollivud aktrisanın kölgəsindən qurtula bilməməsidir.

Pərvin


Müəllif:

Oxşar xəbərlər