Tanınmış aktyor Fərda Xudaverdiyev sosial şəbəkə hesablarını bağlamaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə aktyor özü məlumat verib: “Bu gündən sosial mediada olan bütün profillərimi, səhifələrimi tamam bağlamağa qərar verdim. Məndən bu qədər, haqqınızı halal edin.
Gördüyüm işlərə baxmayaraq son günlərdə yaşadıqlarımdan, özümə qarşı olan diqqətsizlikdən yoruldum. Bu yerlərə gəlməyimdə əziyyəti olan mediamızın bəzi nümayəndələri, haqqınızı halal edin. Belə olmamalıydı”.
Sosial şəbəkə izləyicilər Fərdanın bu açıqlamasını ciddi qəbul etməyib, bunun 1 aprel zarafatı olduğunu qənaətindədir.
Pərvin