Türkiyəyə yollanan müğənni Afaq Aslan aprelin 16-da keçiriləcək referendumda Ərdoğanı dəstəklədiyini, türkiyəli seçicilərin 90 faizinin dəyişikliklərin lehinə olacağını deyib.
Teleqraf.om xəbər verir ki, Türkiyənin bir çox nüfuzlu media orqanları Afaq Aslanın fikirlərini dərc edib, onunla video süjet yayımlayıb. O, son zamanlar Türkiyədə baş verən terror aktlarına görə kədərləndiyini ifadə edib, azərbaycanlıların həmişə Türkiyə xalqı və prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu bildirib.
Türkiyədə seriala dəvət aldığını deyən Afaq Aslan Azərbaycanda yeni mahnı və klip üzərində çalışdığını vurğulayıb.
Qeyd edək ki, Afaq Aslan cəsarətli fotoları ilə tanınır. Bir müddət əvvəl müğənninin çılpaq fotosessiyası ölkədə müzakirələrə və sərt tənqidlərə səbəb olmuşdu.
Kəmalə
Azeri sanatçıdan Cumhurbaşkanı Erdoğan’a Destek by TurkiyeGazetesi