29 Aprel 2017 13:37
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

KVN-dən bir neçə il bundan öncə uzaqlaşdım. Artıq başqa sahədə fəaliyyət göstərirəm. Mənə artıq KVN maraqlı deyil. “Planeta Parni iz Baku”nun hazırda nümayiş etdirdiyi konsertdir, KVN isə oyundur. Yəni qarşı tərəf, rəqib olmadan nəyisə nümayiş etdirirsənsə bu, artıq KVN deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Bakılı oğlanlar” komandasının keçmiş üzvü, teleprodüser Vado Karovin “Planeta Parni iz Baku”dan uzaqlaşmağı ilə bağlı suala cavab verərkən deyib.

O, indiki məqamda kino sektorunun daha maraqlı olduğunu bildirib:

“Kino məni daha çox cəlb edir. Sevinirəm ki, bu sahədə canlanma var. İnsanlar komediya filmlərimizə böyük həvəslə baxırlar. Bu, yaxşı haldır. Kino industriyası formalaşır. Kim yaxşı film çəkirsə, yaxşı da pul götürür.

İndiki gənclər filmi çəkir, qala gecəsini təşkil edir, bir az nümayiş olunur. Daha sonra film unudulur. Mən elə bir film çəkmək istəyirəm ki, o illərlə baxılsın”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər