12 May 2017 10:44
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avroviziya-2017" mahnı müsabiqəsinin mayın 13-də keçiriləcək final mərhələsində çıxış edən ölkələrin sırası müəyyənləşib.

Teleqraf.com “Avroviziya-2017” müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva "Skeletons" mahnısı ilə səhnəyə 12-ci sırada çıxacaq.

62-ci “Avroviziya 2017” mahnı müsabiqəsində İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa təmsilçiləri bu ardıcılllıqla səhnəyə çıxacaqlar.

Kiyevdə 62-ci “Avroviziya” mahnı müsabiqəsinin finalında 26 ölkənin təmsilçiləri iştirak edəcək.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər