13 May 2017 17:19
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Müzəffər sosial şəbəkələrdə adına açılmış səhifələrin fəaliyyətindən narazıdır.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə qeyd edib.

O bildirib ki, adına açılmış fan səhifələri başqa aktyorların şəkillərinin altına xoşagəlməz sözlər yazaraq, onun adına və imicinə xələl gətirirlər:

“Adıma açılmış bütün fan səhifələrdən acizanə şəkildə xahiş edirəm ki, başqa aktyorların şəkillərinin altından xoşagəlməz rəy yazmasınlar. Ya hər kəsə hörmət edin, ya da öz şəxsi səhifənizdən yazın. Əks təqdirdə sizdən şikayət edəcəm”.

Kəmalə Müzəffər geniş tamaşaçı kütləsinə “Vicdan haqqı” serialının Dilarəsi kimi tanışdır.

Pərvin


Müəllif:

Oxşar xəbərlər