Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tatlısəs Özəyin ona hücum çəkdiyini, Özəy isə Tatlısəsin onu təhdid etdiyini bildirdib.
Ötən şənbə İbrahim Tatlısəsin yanına gələn Murat Özəy görülən işin müqabilində pulunu istəyib. Ancaq tərəflər razılaşa bilməyib, Tatlısəs polis çağırıb. Daha sonra polis bölməsinə gedən Tatlısəs Özəyin ona hücum etdiyini və şikayətçi olduğunu bildirib.
Özəy deyilənlərlə heç cür razılaşmayıb:
"İbrahim Tatlısəsə məxsus otelin mərmərlərini, qapı, şüşə, daxili döşəmə, peyzajını mən düzəltmişəm. Quşadasında çökən hovuzu yenidən bərpa elədim. Amma pulumu ala bilməmişəm. Otelini satdıqdan sonra zənglərimə də cavab vermir. Mən haqqımı istəyirəm. Hər şeyin sənədi-sübutu var”.
Tatlısəs isə heç kimə borcunun olmadığını söyləyib. Polis şikayətə əsasən Tatlısəsə yaxınlaşamamaq barədə Özəyin dilindən iltizam alıb.