Teleqraf.com xəbər verir ki, iştirakçı Tangör Ərtaş “Oturan adamlar”, “Balonçu” və “Parisdə bir küçə” tabloları ilə məşhurlaşmış rəssam kimdir?” sualına cavab verərkən, tərəddüd etdiyi üçün “dosta zəng” haqqından istifadə edib. Lakin dostunun cavabından qane olmayan Ərtaş vaxtın bitməsinə 5 saniyə qalarkən “50-50” coker haqqından da istifadə etmək istəyib. “Fikrət Mualla” variantı üzərində qərarlaşan yarışmaçı suala doğru cavab versə də, “son qərarım” demədiyi və vaxt bitdiyi üçün yarışmaya vida etməli olub.
İştirakçını tələsdirməməyi, ona “son qərarım” deməli olduğunu və 5 saniyə vaxtının qaldığını xatırlatmaması Murad İldırıma baha başa gəlib. O, işinin öhdəsindən düzgün gələ bilmədiyinə görə tamaşaçılar tərəfindən sərt tənqidlərə məruz qalıb və sosial şəbəkələrdə xeyli müzakirə olunub.