Bu barədə Teleqraf.com-a Fərda Xudaverdiyev açıqlama verib.
O bildirib ki, 10 gündən çoxdur yeni filmin çəkilişlərinə başlanıb: “Deyim ki, “Qız qaçırtma” adlı bu filmin çəkilişlərini 10-12 günə bitirməyi planlaşdırırq. Çəkilişlərin əsas hissəsi Bakıda keçsə da, ayın 6-dan sonra filmin kollektivi ilə Xızı və Quba rayonlarına yola düşəcəyik“.
Fərda həmçinin kollektivlə işləməkdən məmnun olduğunu bildirib:
“Filmin rejissoru əziz dostum Rüfət Şahbazovdur. Filmdəki xanım həmkarlarla da işləməkdən zövq alıram. Məncə, çox maraqlı bir iş ortaya çıxacaq.”
Filmin premyerası dekabr ayına planlaşdırılır.