6 İyul 2017 18:06
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim kuklam, gözəl qızım, təbrik edirəm... Xoşbəxt olun. Allah sizin yalnız gözəl günlərinizi bizə yaşatsın! Bu sözləri rəsmi instaqram hesablarında əkiz müğənni bacılar Sevil və Sevinc dünənki toy axşamı münasibəti ilə yazıblar.

Teleqraf.com-un məlumatına görə, ötən gün əkizlərin qardaşı Anarın toy mərasimi baş tutub. O, hicablı bir xanımla ailə həyatı qurub.

Toy axşamı əkizlər bir çox sənət adamlarını bir məkana yığıb. Məşhurlar toyda çəkdirdikləri fotoları instaqram hesablarında paylaşıblar.

Ata həsrəti ilə yaşayan qızlar öz instaqram hesabında bu barədə də ürək sözlərini bölüşüblər: “Kaş bu günümüzü, bu sevinci, həyəcanı bizimlə yaşaya biləydin… Amma gözün arxada qalmasın, ata! Arzuladığın hər şeyi etmişik...

Bir bilsən sənə nə qədər ehtiyacımız var. Sənsizlik bu həyatın nə qədər çətin olduğunu öyrətdi. Bu gün sənin ən çox arzuladığın gündür... Səni çox sevirik, əvəzolunmaz!”

Qeyd edək ki, Sevinc və Sevilin atası ötən il qəfildən dünyasını dəyişib.


Müəllif: Könül

Oxşar xəbərlər