7 İyul 2017 12:25
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın kosmos geyimində maraqlı fotosessiyasından yeni fotoları və kadrarxası görüntüləri yayılıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bu layihəni video-çəkiliş ustası Əli Abbasov və fotoqraf Orxan Aslanovla birgə reallaşdırıb.

Fotolarda və videoda ifaçı kosmos kraliçasına bənzər bir obraz yaradıb. Möhtəşəm qara rəngli geyimdə çəkilən müğənninin stilisti Ruxa olub.

Bundan əvvəl Ayügn Kazımova sentyabrın 22-də baş tutacaq konserti ilə əlaqədar fotosessiyaya hazırlaşdığını xəbər vermişdi.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər