Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, cütlük İstanbula qayıdarkən görüntülənib. Lima ilə Hara qaldıqları məkanın işçi heyəti ilə xatirə fotosu çəkdiriblər. Hava limanında yoxlanılan əşyalar sırasında Metinin braziliyalı modelə aldığı boyunbağı diqqət çəkib.
Lima media nümayəndələrinə “Gələn il yenə gələcəyəm. Ömrümün ən gözəl 5 gününü keçirdim. Hamınıza təşəkkür edirəm” deyib. Adriana İstanbulda 3 gün qaldıqdan sonra dəfilədə iştirak etmək üçün Londona gedəcək.