24 İyul 2017 11:17
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən sizə salam verəndə, cavab olaraq sadəcə, salam verin. Hörmət əlaməti olaraq “şərh” bölməsini bağlamıram. Amma bu, o demək deyil ki, burda bəzi “dünya moda sənayesinin münsifləri” öz tənqidi fikirlərini bildirməyə başlamalıdır. Həm də bilə-bilə ki, danışdıqları neqativ sözlər heç kimə maraqlı deyil... Sizi heç nə narahat eləməsin. Hər halda biz də az-çox bilirik, nə var, nə yox.

Bu sözləri yenicə toyu olan müğənni Natavan Həbibi dünən İnstaqramda yazıb.

Teleqraf.com xəbər verir ki, ifaçı bu sözləri onun gəlinliyini bəyənməyib mənfi fikir yazanlara aid edib.

“Son zamanlar nədənsə sosial şəbəkələrdə aqressiv şərhlər yaman çoxalıb. Məncə, bu, heç kimə xeyir gətirməz. Mehriban, anlayışlı olaq, bir az dünyagörüşümüzü inkişaf etdirək. Öz həyatımızla məşğul olaq. O zaman heç kimi müzakirə etməyə vaxtımız qalmaz. Hamınıza gözəl həyat arzulayıram. O qədər gözəl olsun ki, başqasının həyatı yadınıza düşməsin. Sevin və sevilin...” – müğənni qeyd edib.


Müəllif: Könül

Oxşar xəbərlər