27 İyul 2017 14:28
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim əvəzolunmazım. Bu gün sənin dünyaya gəldiyin gündür. Bunun üçün Allaha minnətdaram. Nə yaxşı ki, anan səni dünyaya gətirib. Nə yaxşı, Allah səni mənə yazıb. Səni çox sevirəm, canımın yarısı…

Teleqraf.com xəbər verir ki, bu sözləri rəqqasə və müğənni Sevda Sanəliyeva öz həyat yoldaşına yazıb və onun ad gününü təbrik edib.

“Övladlarımın atası, mənim də atam. Ad günün mübarək olsun birdənəm. Sənə arzum budur ki, son nəfəsinə qədər məni belə sevəsən. Bir yerdə qocalaq”, – deyə rəqqasə təbrikini yekunlaşdırıb.


Müəllif: Könül

Oxşar xəbərlər