5 Avqust 2017 21:05
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Məryəm Üzərli “Allen Yaxta”nın sahibi olan sevgilisi Alp Özcandan ikinci dəfə ayrılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Alp Özcan Məryəmdən sonra ispan Paulina Anna Soluey ilə sevgi münasibəti yaşamağa başlayıb.

Onları Alp Özcanın dostu Canər Qaraloğlu ilə evlənərək İstanbulda gələn ispan model Yelizavet Mas tanış edib. Sevgililərin eşq münasibəti yunan adası Mikonosda başlayıb.

Məryəm Üzərli də iki həftə əvvəl İstanbulun bahalı məkanlarından biri olan Emirqandakı gecə klubların birində iş adamı Erdinç Varlıbaş ilə sabaha kimi əylənib.

Həmin məqam paparazzilərin gözündən qaçmayıb və onlar haqqında da sevgi dedi-qoduları dolaşmağa başlayıb.


Müəllif: İlhamə

Oxşar xəbərlər