Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 54 yaşlı C.Ərçətinlə 57 yaşlı H.Qaraxan 23 il idi birlikdə idilər. Gözdən-könüldən uzaq yaşamağı seçən cütlük iki ay öncə səssiz-səmirsiz ayrılıblar.
H.Qaraxan C.Ərçətindən ayrılan kimi Əlif Kıramerlə sevgi münasibəti qurub. Cütlük ötən həftə İstanbulun məşhur restoranlarından birində yemək yeyib. E.Kıramer bildirib ki, Hakan onun sadəcə dostudur:
“Görüşürük. Bundan sonra da görüşməyə davam edəcəyik. Bu dəqiqə ikimiz haqda başqa nəsə danışmaq istəmirəm”.