Əməkdar artist Tünzalə Əliyeva qızı Zəhranın 1 yaşını qeyd edib.
Teleqraf.com xəbər verir ki, Royal adlı şəxslə ailəli olan aktrisa özəl gününü şəhər restoranlarından birində keçirib.
“Toppuş bacı”nın övladını təbrik etməyə gələnlər arasında şou-biznes nümayəndələri də yer alıblar. Mediaya qapalı olan məclisdən görüntülər sosial şəbəkədə yayılıb.