Həyat yoldaşı Paul Bettani ilə birgə İspaniyada - Formentarada tətil keçirən cazibədar aktrisa Cenifer Conelli gözəlliyi ilə hər kəsi şoka salıb.
Teleqraf.com-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, 46 yaşlı sənətçi sarı bikinili gözəl vücudu ilə hər kəsin diqqətini çəkib. 50 yaşı haqlayan aktrisaya baxanlar "elə bil heç üç uşaq doğmayıb" deyə heyranlıqlarını gizlədə bilməyiblər.
Aktrisa uzun-uzadı üzüb, qum üzərində yürüyən zaman isə əri uşaqları ilə əylənib.
2003-cü ildə evlənən Cenifer və Paul Hollivudun ən xoşbəxt cütlüklərindən sayılır. Onların iki övladı var. Ayrıca Ceniferin fotoqraf Devid Duganla evliliyindən də 20 yaşında bir oğlu var.