Varlığınla bir insanı xoşbəxt edə bilmirsənsə, ondan dərhal uzaqlaş. Çünki bu münasibət səni həm bədbəxt, həm də əsəbi edir. Səni yüzlərlə insan sevdiyi halda, niyə səni sevməyən insana zamanını xərcləməlisən?
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb.
Aynişan qarşılıqsız sevgidən bəhs edərək bunları qeyd edib:
“Sevmək gözəldir, amma yalnız sevildiyini bildiyin halda, sevildiyindən əmin olduğunda... Qarşındakı insan sən onun həyatında var ola-ola hələ də kimlərinsə axtarışındadırsa, nəyi gözləyirsən? Nöqtəni qoy!
Bəzən çətin olur... Sevilmədiyini özünə etiraf etmək çətin olur. Amma bu boşuna ömrünü xərcləməkdən daha rahatdı. Sizə dəyər və sevgi verənin yanında olun. Anlamsız və adı olmayan münasibətləri vaxtında bitirin. Xoşbəxt olun”.