Bruno Mars, Ed Şeran, Keti Perri, Filipp Kirkorov, Tarkan, Hadisə və daha kimlər, kimlər konsertlərdən, turnelərdən pul qazanırlar. 100 milyondan çox tamaşaçısı olan adamlardır... Bununla belə, onlar da konsertdəki coşqunu, həyəcanı İnstaqrama yükləyirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb.
O, getdiyi toy məclislərindən görüntülər paylaşdığı üçün şou-biznes nümayəndələrini qınayanlara cavab verib:
“Azərbaycanda isə bizim tələbatlı və istəkli olduğumuzu yalnız məclislər təyin edir. İnsan işinin effekti ilə fəxr edər, bundan utanmaz! Mən də fəxr edir və dəvət aldığım gecələri sevə-sevə paylaşıram. Bu bizim həyat tərzimiz, sevincimiz, səhnələrimizdir. Baxıb, bizimlə sevinənlər üçün paylaşırıq. Uğurumuza inanmayanlar üçün paylaşırıq... Gələcəkdə gözəl məclis keçirmək istəyənlər üçün bunu edirik".
İfaçı daha sonra yeni layihəsindən xəbər verib: “Payız tez gəlsin. Yeni layihə, yeni ifa, hamının bəyəndiyi sənətkarla duet, fotosessiya, klip və daha nələr…”