25 Sentyabr 2017 01:44
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həddindən artıq ağır diet tutan və bu üzdən vəzyyətinin ağırlaşdığı deyilən türkiyəli ulduz İrəm Dəriçi reanimasiyada keçirdiyi 16 günlə bağlı ürək sözlərini sosial şəbəkədə ifadə edib.

Teleqraf.com xəbər verir ki, həkimlərin diaqnozuna görə, bağırsaq mikrobuna yoluxan müğənni pərəstişkarlarını intizarda saxlamayıb. O, sosial şəbəkədə paylaşım edərək, onun üçün dua edənlərə təşəkkürünü bildirib:

"Reanimasiyada 16 gün: peşmanlıq, tənhalıq, boynubüküklük, sonu gəlməyən, süründürən ağrılar… Sevənlərimi bir daha incidə bilmərəm. Hər gün bir az da sağalmağıma və göstəricilərimin yaxşılaşmasına səbəb o kiçik əllərinizi açıb Allaha etdiyiniz böyük dualardır. Gecəniz xeyrə, mənim div ailəmin üzvləri…"


Müəllif: Könül

Oxşar xəbərlər