Müğənni Hadisənin “O səs Türkiyə”nin iştirakçısı Dodan Özerlə yeni görüntüləri yayılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələ ötən il müsabiqənin final gecəsində ikili arasında isti münasibətlər yaranmışdı.
Dodanın səhnədə Hadisəyə “Səni sevirəm” deməsi ikincinin ürəyincə olmuşdu. Hadisə də öz növbəsində “Mən də səni sevirəm. Sənin üçün əlimdən gələn hər şeyi edəcəm” deyərək iştirakçının təklifini havada qoymamışdı.