Məşhur amerikalı müğənni Cenifer Lopez sevgi həyatından danışıb.
Teleqraf.com xəbər verir ki, 9 aydır birlikdə olan Cenifer Lopez və Aleks Rodrigez cütlüyü “Fair Vaniti” dərgisinə səmimi açıqlamalar veriblər.
Münasibətlərindən danışan keçmiş beysbolçu Aleks Rodrigez Ceniferlə çox xoşbəxt olduğunu deyib: “Əkiz kimiyik, ikimiz də şir bürcüyük, Nyu Yorkluyuq, latınıq və daha belə 20 oxşar cəhətimiz var” .
Cenifer isə ilk görüşlərindən danışıb:
“İlk yeməkdə o, planlarından, keçmişindən və yenidən evlənmək istədiyindən söz açdı, mən isə sadəcə dinlədim. Əslində, bunlar ilk görüşdə danışılmaz. Ayaqyoluna getmək üçün icazə istədi və “Çox cəlbedici görünürsən” mesajını yazdı. Bu mesajdan sonra ikimizin də həyatımız dəyişdi”.