Misirin “Manar” televiziyasında aparıcılıq edən Salah adlı xanım izləyicilərə evlənmədən başqa biri ilə intim münasibəti düşünüb-düşünmədiklərini soruşub.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bütün Misirdə məşhur olan xanım aparıcı haqqında cinayət işi açılıb və günahkar hesab olunaraq 3 il həbs və 10 min Misir funtu pul cəzası verilib.
Məhkəmə Salahı “Misir cəmiyyətinin harmoniyasını” pozmaqda təqsirli bilib. Salah məhkəmədən əvvəl çalışdığı televiziya kanalı tərəfindən də cəzalandırılıb. Onun 3 ay efirə çıxması qadağan olunub.