4 Noyabr 2017 20:50
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış model Gigi Hadid müsəlmanları müdafiə edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 22 yaşlı model amerikalı jurnalist Laura Loomerin müsəlmanlarla bağlı irqçi paylaşımına etiraz edib.

Gigi Hadid amerikalı jurnalistin bu cür düşünməsini axmaqlıq adlandırıb.

Qeyd edək ki, Laura Loomer öz Tvitter hesabında belə yazıb: “Müsəlmanlar İŞİD-in hücum etdiyi Amerika küçələrində hicabla gəzərək əməllərini hər kəsin gözünə soxur, terror etdikləri ərazidə gəzirlər. Bunu qəsdlə edirlər".

Paylaşım bir çox insanların etirazına səbəb olub.


Müəllif: İlhamə Əbülfət