2 Dekabr 2017 20:58
2 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Prokurorluğunda başladılan istintaq çərçivəsində Azərbaycan əsilli iş adamı Rza Zərrab və ona yaxın olan 22 nəfərin əmlakı üzərinə həbs qoyulub.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, əmlakına həbs qoyulanlar arasında Rza Zərrabın qızı Alara da var. Maraqlısı isə odur ki, iş adamının həyat yoldaşı, tanınmış müğənni Əbru Gündeşin adı bu siyahıda yoxdur.

Xəbər görə, buna səbəb cütlük evlənərkən, onların hər birinə məxsus əmlakın yalnız özlərinə aid olması barədə müqavilə bağlamalarıdır. Bu səbəbdən Əbrü Gündeşə məxsus mülklər onun öz qazancı hesabına alındığı üçün məhkəmə qərarı müğənniyə aid edilməyib.


Müəllif: Nahid

Oxşar xəbərlər