Türkiyədə ətə duz atma hərəkətiylə fenomen olan Nüsrət Gökçənin paylaşdığı şəkil kubalıları əsəbləşdirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Nüsrətin Fidel Kastronun ölümündən dörd gün öncə çəkilmiş foto tablosu önündə Kuba liderini təqlid edərək çəkdirdiyi şəkil etirazlara səbəb olub.
Fotonu görənlərdən biri daha Nüsrətin restoranına getməyəcəyini yazıb: “Bu fotoya qədər səni bəyənirdim. Bundan sonra sənin məkanına gəlməyəcəyəm”.
Başqa biri isə restorana etdiyi bronu ləğv elədiyini bildirib.