Deməli, 2 veriliş aparır, sonra qardaş özünü Feysbuk və cəmiyyət içində elə aparır ki, elə bil "Səfillər"i bu yazıb, Viktor Hüqo, sadəcə, redaktə edib. Eynşteynə fizikadan dərs deyib, Balzakın ədəbiyyat müəllimi olub.
Teleqraf.com xəbər verir ki, bu sözləri hazırda Türkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva öz Feysbuk səhifəsində yazıb. O, nəzərdə tutduğu adam haqqında təhqiramiz ifadə işlətməkdən də çəkinməyib.
"Ə düdük, sən kimsən? A kişi, bir az sadə olun. Ola bilmirsizsə, mütləq psixiatra müraciət edin. Bir güzgüyə bax, özünə denən mən kiməm??? Bəzən dostlarım deyir ki, Feysbuk-da çox səmimisən, bir az özünü əlçatmaz apar. Qardaş, niyə? 8 telelayihə aparmışam, 3 filmdə baş rola çəkilmişəm, ali təhsilim var deyə mütləq mən özümü "bomba qız" kimi aparmalıyam? Mən atomu bölmüşəm, 100 min "Bitcoin"im var, yoxsa Sokrat müəllimim olub? Niyə durduq yerdə "ortamdan çat verərək cırılmalıyam?. Səbəb? Papağınızı qabağınıza qoyun, fikirləşin... Sadə olun, adam olun, insan olun......Bu eyforiyadan çıxın, beyninizi format eləyin......Qurtarın bu komediyanı!!!"
Xatırladaq ki, Tunay Əliyeva aktrisa Pərvin Abıyeva tərəfindən məhkəməyə verilib. Səbəb isə tərəflərin bir-birini fahişəlikdə ittiham etməsidir.