Əməkdar artist Röya Ayxan həmkarları İradə İbrahimova və Nigar Camalla olan qalmaqalı sonlandırıb.
Teleqraf.com xəbər verir ki, ifaçı fikirlərini özünün İnstaqram səhifəsində yazıb:
“Hər bir uğurumun arxasında Azərbaycan durdu. Söz-söhbətlər oldu və olacaq. Amma gələn dəfə ölmüşləri diriltmək üçün pul alacam (zarafat). Allah hamınızı qorusun. Vallah, işsizlikdəndir. İş olsa, mən yadınıza düşmərəm. Allah ruzinizi bol, canınınızı sağ etsin”.
Qeyd edək ki, Qeyd edək ki, məşhurlar arasında qalmaqal İradə İbrahimovanın "ATV maqazin onlarla" verilişindəki çıxışından və Nigar Camalın "Altın kelebek"də Röyanı təbrik etməməsindən sonra başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, onun bu addımını Röya qeyri-səmimi adlandırmışdı.