20 Dekabr 2017 23:36
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatı üzrə mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.

Mükafata əsas namizədlər "Möcüzə-qadın", "Ülgüc üzərində qaçış 2049", "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır", eləcə də "Dünkerk" və "Kinqsman: Qızıl üzük" filmləridir.

Oskar mükafatının növbəti təqdimetmə mərasimi 2018-ci ilin martın 4-də Los-Ancelesdə keçiriləcək.


Müəllif: Teleqraf.com