25 Dekabr 2017 08:42
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ keçmiş mühasibi tərəfindən aldadılıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, mühasibi Tatlıtuğa 3,5 milyon türk lirəsi (1,5 milyon AZN) həcmində ziyan vurub.

Aktyor vergi borclarını ödəmək üçün mühasibinə pul versə də, Erdal adlı işçi vergini ödəməyib.

Kıvanç Tatlıtuğ polisə bu barədə şikayət edib. İstintaq çərçivəsində prokuror mühasibin ifadəsini alıb, lakin o, ittihamları rədd edib. Aktyor özü gələn həftə ifadə verəcək.


Müəllif: Kəmalə

Oxşar xəbərlər