Çox məmnun və sevincliyəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev deyib.
Onun sözlərinə görə, xeyli müddət küsülü olan 2 əziz insanı dünən barışdırıb: “Allah bu sevincimi uzunömürlü etsin”.
Qeyd edək ki, xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi tanınmış radio-aparıcı Kazım Sübhanın ad günündə görüşüblər. Sosial şəbəkələrdə paylaşılan videolarda eyni masada əyləşən sənətçilər daha sonra tortkəsmə mərasimində yan-yana gəliblər.