10 Mart 20:00

Türkiyəli məşhur müğənni Alişan şəxsi həyatı barədə maraqlı açıqlama verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, mayın 6-da aktrisa Busə Varolla ailə qurmağa hazırlaşan müğənni həyat yoldaşının işləməsini istəmədiyini bildirib.

Onun sözlərinə görə, evlənən zaman qadının həyatını əlindən almaq düzgün deyil:

“Mən elə kişilərdən deyiləm. O, istədiyi palstik əməliyyat etdirə bilər. Amma bir türk kişisi olaraq qaydalarım var. Nişanlım hazırda serialda çəkilir. İyuna qədər müqaviləsi var. Qazandığım pul ailəmi saxlamağa bəs edər. Bunun üçün həyat yoldaşımın işləməsini istəmirəm. Lakin o işləmək itəsə, qadağa qoymaram. Busə özü də çalışmaq istəmir”.

Alişan qeyd edib ki, nikahdan sonra tez bir zamanda uşaqlarının olmasını istəyirlər.


Müəllif: Cəmilə
Загрузка...