İsveçli model Osterqren uzun ayaqları ilə sosial şəbəkələrdə fenomen olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, boyu 1 metr 78 santimetr olan modelin ayaqları 108 santmetr uzunluğundadır.
Model uşaqlıqda uzun və arıq qıçlarından utandığını bildirib: “5 il əvvəl depressiyanın öhdəsindən gəlmək üçün bodibildinq və fitneslə məşğul olmağa qərar verdim”.
Həyat yoldaşını sosial media vasitəsilə tapan model dünyaya iki qız gətirməsinə baxmayaraq gözəl bədən quruluşunu qorumağı bacarıb.