Azərbaycanlı müğənninin içkisinə dərman ataraq zəhərləyiblər.
Teleqraf.com xəbər verir ki, Mələkxanım Əyyubovanın qohumu, "Xalq ulduzu" mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil Kamilov dünən gecə saatlarında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Müğənni sosial şəbəkə vasitəsilə canlı yayım edərək, onu axşam iştirak etdiyi məclislərin birində zəhərlədiklərini bildirib:
"Məni öldürməyə çalışan qüvvələr var. İçkimə dərman qatıb məni zəhərlədilər. Ölmədim və qurtuldum. Dünən heç danışa da bilmirdim. Bir neçə gün burada qalacağam".
Müğənni iddia edir ki, onu qəsdən zəhərləyiblər.