Xalq artisti Faiq Ağayev “Evdəyik” verilişinin qonağı olub
“Hansı dildə danışırıq” mövzusunda fikirlərini bölüşən müğənni bunları deyib:
“Təmiz Azərbaycan dilində danışılmır. Məsələn “brat” sözü işlədilir. Bunu bizim dildə də demək olar. Mən “selfi” sözünü öz dilimizə tərcümə etmişəm: şəxs əks. Bir az fars dilinə yaxındır, amma qəbulediləndir. Bu sözü ruslar da doğma dillərinə çevirib, türklər özçəkim deyir. Bizdə “çəkmə” sözü “ayaqqabı”ya oxşadığından, ondan istifadə etmədim”.
/Axşam.az/