8 Avqust 2014 17:30
2 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən böyük xəyallar, hər bir insanın həyatında ən unudulmaz gün sayılan izdivaç günü - toyla bağlıdır.

Güpür, atlas, şifon parçalar həmişə olduğu kimi bu il də, gəlinliklərin əsas parçası olaraq aktuallığını saxlayacaq.


Əgər bir vaxtlar uzun gəlinliklər dəbə hakim kəsilmişdisə, bu gün artıq orta uzunluqlu - midi gəlinliklər dəbi baş qaldırır.

Gəlin paltarı ağ olar,deyənlərə dizaynerlər rəngli toy əlbisələri təqdim etsələr də, gəlin olmağa hazırlaşan xanımlar yenə də bəyaz gəlnlik seçməklə öz istəklərini bəyan etdilər.

Fataya gəlincə, bu il fataları aksessuarlar, şlyapalar əvəz edəcək. Fata taxmaq istəyənlər isə daha qısa və bir qat fatalara üstünlük verməli olacaqlar.


Və ən əsası daha zərif və düz gəlinliklər bu il toy etməyə hazırlaşanların seçimi olacaq.


Müəllif: