14 Aprel 2018 16:41
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fatmagülün suçu nə” serialı ilə tanınan aktyor Bülənd Seyran arıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, küçədə yürüşə çıxan aktyor yaxın zamanlarda yeni layihə ilə ekranlara qayıdacağını bildirib: "Bu serial Türkiyə ilə bərabər Rusiyada da nümayiş olunacaq. Çəkilişlər başlayıb, digər detalları istehsalçı şirkət açıqlayacaq".

“Fatmagülün suçu nə” serialı ilə xaricdə də tamaşaçı rəğbətini qazandığını deyən aktyorun sözlərinə görə, Çili və Peru başda olmaqla bir çox ölkələrdən mesajlar alır: “Aradan uzun illər keçməsinə baxmayaraq, sosial media vasitəsi ilə hələ də mənə minlərlə mesaj gəlir. Serial o vaxtlar İspaniyada da yayımlanırdı.

Bu ölkələrdən yüzlərlə evlilik təklifi alıram. Bir çox maraqlı mesaj gəlir, məni ən çox güldürən evlilik təklifləridir ".


Müəllif: Sara

Oxşar xəbərlər