Ötən gün “avtoşluq" etdiyi üçün saxlanılan müğənni Kərim Abbasov azadlığa buraxılıb
Bu haqda sənətçi İnstaqram səhifəsində yazıb. Vəkili ilə fotosunu paylaşan Kərim bunları bildirib:
“Hər gecənin bir gündüzü var. Vəkilim Zülfiyyə xanımla ağır gündən sonra yenə də qalib gəldim. Düşmənlərim bu dəfə də sevinə bilmədilər. Sevinciniz ürəyinizdə qaldı”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl sosial şəbəkədə müğənni Kərimin “avtoşluq” edərkən çəkilmiş videosu yayılıb. Bundan sonra yol polisi araşdırmalara başlayıb. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü Kərim Abbasov saxlanılıb. Onun maşını cərimə meydançasına aparılıb.
/Axşam.az/