Musiqi dünyasının çılğın ifaçısı Ledi Qaqa dünya turnesi çərçivəsində Kanadada verdiyi konserti ilə yadda qalıb.
Bir-birindən fərqli libaslarla və 13 nəfərdən ibarət rəqs qrupu ilə səhnəyə çıxan müğənni sosial şəbəkədə artıq çəkilərindən narahat olmadığını qeyd edib.
28 yaşlı Qaqa konserti zamanı çəkilmiş fotosunu İnstaqram səhifəsində paylaşaraq “Qıvrağam və özümlə qürur duyuram” sözlərini yazıb.
/Axşam.az/