31 May 2018 12:42
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

1978-ci ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi “Qayınana” filminin müasir versiyası çəkiləcək.

Teleqraf.com xəbər verir ki, filmdə qaynana obrazını Xalq artisti Flora Kərimova canlandıracaq. Bu barədə müğənni özü məlumat verib. Layihənin çəkilişləri artıq başlanılıb.

F.Kərimova film haqqında təəsüratlarını bölüşüb: “Baş rolunu ifa etdiyim "Qayınana 2018" filminin çəkilişlərindən... Heç ağlıma gəlməzdi ki, 40 il öncə saundtreklərini ifa etdiyim filmin yeni versiyasında qayınana mən olacağam. Filmi gözləyin!”

Xalq artisti ilə yanaşı layihədə Elməddin Cəfərov, Sevinc Əliyeva, Elçin Muradov, Elçin Allahverdiyev, Riad Əbdülov, Azum Oqocukvo Joy və başqaları rol alıb. Filmin ən gözləniləməz qəhrəmanı “Papito” mahnısının məşhur ifaçısı, rumıniyalı müğənni Seeyadır.

Filmin ssenari müəllifi Nicat Dadaşov, operator Şahmar Səfəroğludur.


Müəllif: Mənbə/Publika.az