Moda dünyasının yaşayan isimlərindən olan Kate Moss Nyu Yorkda təşkil olunan "YveS Saint Laurent" dəfiləsinə tamaşaçı kimi qatılıb.
Teleqraf.com xəbər verir ki, 44 yaşlı model zövqlü geyimi ilə yenə də nəzərləri özünə yönəldə bilib.
Şux qamətli Kate Mossun şirmayi ayaqları, xüsusilə, diqqət çəkib. Heç vaxt idman etməyən model sağlam görünüşü ilə bir çoxlarını paxıllığa qərq edib.
Kate Moss "YveS Saint Laurent" dəfiləsini fransız aktrisa Şarlotte Gainsbourg ilə birlikdə izləyib.